SON XƏBƏRLƏR

Türkiyənin Baş Naziri, Bakıda dediklərinin arxasında duracağını bildirib

2021.10.20, 07:36
Türkiyənin Baş Naziri, Bakıda dediklərinin arxasında duracağını bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan bildirib ki Türkiyə Azərbaycanla Ermənistan arasındakı problemdə Azərbaycanı çətin vəziyyətdə qoya biləcək proseslərdə iştirak etməz. O bu sözləri Üsküdar stansiyasındakı inşaat işləri ilə tanış olarkən jurnalistlərin suallarını cavablarkən bildirib. O bir daha bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi Azərbaycana zərər gətirə bilməz: “Mən bunu Azərbaycan parlamentindəki çıxışımda da açıq söylədim. O vaxt dediklərimdə bu gün də heç bir dəyişiklik yoxdur. Türkiyə Cümhuriyyəti baş nazirinin ağzından bir söz çıxıbsa, onun arxasında dayanacaq. Biz bu günə qədər bəyanatımızın arxasında dayanmışıq. Rəcəb Tayyip Ərdoğan vurqulayıb ki oktyabrın 8-9-da Moldovada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların aparıldığını və görüşlərdə qəbul edilmiş qərarların əhəmiyyətli olduğunu bildirib. Baş Nazir deyib ki Ermənistana qarşı da müsbət yanaşmalarımız olub. İrəvan-İstanbul hava nəqliyyatı ilə bağlı göstərdiyimiz anlayış ortatadır. Eyni zamanda, Akdamardakı erməni katolik kiləsi bərpa edilib və ermənilərin oranı ziyarət etməsi üçün şərait yaradılıb. Ermənistandan qaçaraq Türkiyədə yaşayan ermənilər var. Biz onları geri qaytarmadıq. Bu şəkildə müsbət mesajlar verdik. Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, Türkiyə prezidenti Abdullah Gülün heç bir şərt irəli sürmədən İrəvana səfər etməsi və Ermənistanın dövlət başçısının Türkiyəyə dəvət edilməsi də müsbət mesajlardır: “Əgər bizə qarşı qabaqcadan şərt irəli sürülsə, təbii ki, bunu qəbul edə bilmərik. Əsas məsələ budur ki, Ermənistanın diasporla bağlı problemləri var. Ermənistan rəhbərliyi bu məsələdə mövqeyini ortaya qoysa, inanıram ki, problemi həll edər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar