SON XƏBƏRLƏR

Traktor bu gün yarış keçirəcək

2024.04.03, 14:01
Traktor bu gün yarış keçirəcək

Güney Azərbaycanın Traktor Futbol Komandası bu gün aprelin 3-ü öz meydanında İsfahanın Sipahan Futbol Komandası ilə qarşılaşacaq. 

Gunaz.tv

Azərəncümən xəbər portalının bildirməsinə istinadən yarış yerli vaxtla saat 19:30 Təbriz şəhərinin Yadigar İmam Stadiumunda keçiriləcək.

Futbol üzrə eskperlər bu oyunda hər hansı komanda uduzarsa 23-cü liqada çempionluq arzusu ilə vidalaşmalı olacağını bildiriblər. 

Bu səbəbdən Traktor üçün bu günkü yarışın nəticəsi çox önəmli hesab olunur. 

Məlumata əsasən Traktor azarkeşləri sosial şəbəkələrdə həftələrdir yarış barədə paylaşım ediblər. 

Ona görə də Təbrizdən uzaq ölkənin digər yerlərindən yarışı izləməyə bu dəfə 120 min nəfərdən artıq azarkeşin Stadimuma gələcəyi gözlənilir.

Həmçinin Sepahan Komandası müdiriyyətinin yarışda azarkeşlər arasında qarşıdurma olacağı barədə bir neçə gündür propaqanda apardığı qeyd olunub. 

Bu səbəbdən yarış Etika Komissiyası və İntizam Komissiyası təmsilçilərinin müşahidəsi ilə keçiriləcək. 

Xatırladaq ki, qadın azarkeşlərin Təbrizdə yarışı izləməyə stadiumda iştiraklarına icazə verildiyini nəzərə alaraq ilk dəfə olaraq traktorçu qadın azarkeşlər sevgili komandalarını dəstəkləyəcəklər.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar