SON XƏBƏRLƏR

Kişinyovda Qarabağ problemi Əliyev,Medvedev və Sarkisyan arasında müzakirə olunur

2021.10.20, 07:36
Kişinyovda Qarabağ problemi Əliyev,Medvedev və Sarkisyan arasında müzakirə olunur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “ans”-ə istinadən yaydığı məlumata görə, bu dəqiqələrdə Moldova paytaxtında Moldova prezidentinin iqamətgahında Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan ilə görüşü başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakir olunacaq. "Bu prosesin həllində tərəqqi ardıcıllıqla gedir və hər görüşdən sonra mövqelərdə yaxınlaşma baş verir. Biz bunu təsdiq edə bilərik", - Lavrov bu sözləri vurqu ilə bildirib. bildirilir ki hazırda MDB dövlət başçılarının sammitinə qatılan prezidentlər ikitərəfli və üçrətərfli görüşlər keçirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar