SON XƏBƏRLƏR

İranda Prezident seçkisinin nəticəsinə etiraz edənlərin biri edam olunacaq

2021.10.20, 07:36
İranda Prezident seçkisinin nəticəsinə etiraz edənlərin biri edam olunacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 12 iyun prezident seçkilərinin nəticəsinə qarşı aksiya təşkilatçılığında ittiham olunan şəxsə ölüm hökmü çıxarıldı. beləliklə 37 yaşlı Məhəmməd-Rza Əli-Zəmani 2009-cu ilin iyununda Mahmud Əhmədinejada qarşı etiraz aksiyalarına görə ilk şəxs olaraq edam ediləcək. Adını çəkdiyimiz şəxsə qarşı İran rəsmi məhkəməsi tərəfindən müxtəlif ittihamlar irəli sürülsədə şərhçilər bütün bunları siyasi intiqam kimi qiymətləndirirlər. ittihamlar bunlardan ibarətdir: ölkədəki İslam rejiminə qarşı sui-qəsd təşkil etmək, İran Monarxiya Komitəsi adlı təşkilatın üzvü olmaq, İraqa gedərək orada amerikalı hərbçilərlə görüşmək (Guya ki, amerikalılar ona kimyəvi silahdan istifadə etməyin qaydalarınıda öyrədiblər). Dinə qarşı siyasi kitabları o cümlədən Salman Rüşdünün “Şeytan ayələri”kitabını disk şəklində yaymaq və ... . Məhkəmə tərəfindən iddia olunur ki müttəhim bunların hamısına etiraf edib. Müxalifət isə Əli-Zəmaninin etirafının işgəncə yolu ilə alındığına əmin olduöunu bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar