SON XƏBƏRLƏR

Ermənistan şərt qoyur, Türkiyə şərtləri qaldırır

2021.10.20, 07:36
Ermənistan şərt qoyur, Türkiyə şərtləri qaldırır

Gunaz.tv
Artıq Türkiyə ilə Ermənistan arasında əlaqələrin genişlənməsinə dair protokolun masa üzərinə qoyulmasına aylar, günlər deyil, saatlar qalır. Ancaq nədənsə birbaşa Azərbaycan xalqının və dövlətinin maraqlarına mənfi təsir edəcək bu sənədin imzalanması ölkə ictimaiyyəti tərəfindən sükutla qarşılanır. Hətta prezidentin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin bu məsələdən narahatçılıq keçirməsi barədə bəyənatı da milləti yerindən tərpətmədi. Nəzərə almaq lazımdır ki, xarici işlər nazirinin müavini Araz Əzimov təsadüfən belə bir bəyanatla çıxış etməyib. Hər halda diplomat birbaşa prosesin iştirakçısıdır və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli adı altında hansı oyunların getdiyi barədə kifayət qədər məlumatlıdır. Düzdür, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə hər hansı bəyənatın verilməsi, yaxud şərtin irəli sürülməsi başqa dövlətlərin daxili işinə qarışma kimi qiymətləndirilə bilər. Hərçənd Türkiyə-Ermənistan sərhədləri yalnız və yalnız Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən qapadılıb. Ona görə dövlət nümayəndələri ümidlərini Türkiyə rəsmilərinin verdikləri vədlərə bağlayaraq prosesləri kənardan seyr etməklə məşğuldur. Əgər Türkiyə iqtidarı bu vədlərə sadiq qalarsa. Əslində baş verənlər Türkiyə xalqının deyil, AKP iqtidarının oyunlarıdır ki, demək olar ki, bununla öz hakimiyyətlərini xarici təsirlərdən sığortalamağa çalışırlar. Ancaq Azərbaycan dövlətinin əvəzinə sözünü deməyə kifayət qədər üsul və vasitələr var ki, nədənsə hələlik onlar işə salınmayıb, yaxud bunu edə biləcək kəsimlər belə bir təşəbbüsdə bulunmayıblar. Qısası konkret halda Azərbaycanın siyasi müxalifəti, qeyri-hökumət təşkilatları və diasporasının görməli olduqları işi ermənilər edirlər. Təsəvvür edin ki, Azərbaycan və Türkiyənin regionda yeritdiyi siyasət nəticəsində illərlə Ermənistanın blokada şəraitində yaşadığını, regional və beynəlxalq layihələrdən kənarda qaldığını dünyaya car çəkən erməni diasporu indi sərhədlərin açılması, Ermənistan üçün Avropa və dünya ölkələrinə çıxış əldə etməsi şansına qarşı çıxırlar. Əslində bunun bir siyasi gediş olduğu hamıya gün kimi aydındır. Ancaq söhbət xalqın müqaviməti və ortaya qoyduğu iddiaya nail olmaqdan ötrü hərəkətə gəlməsindən gedir ki, hələlik Azərbaycan müxalifəti və qeyri-hökumət təşkilatları susmağa üstünlük verirlər. Protokol imzalandıqdan sonra isə hər hansı etiraz forması daldan atılmış daşdan başqa bir şey olmayacaq. Necə olur ki, ermənilər 150 il "Böyük Ermənistan" yaratmaq iddiasından əl çəkmirlər, biz isə 17 il ərzində bezərək torpaqlarımızdın vaz keçirik. Ermənistan prezidenti Serj Sərkisyanın diaspora ilə məsləhətləşmə adı altında dünya turnesinə çıxması isə protokolların imzalanması ərəfəsində ən uğurlu siyasət hesab etmək olar. Fikir verin, siyasi və iqtisadi baxımdan erməni diasporundan asılı olan Sərkisyan dünya ermənilərinin müqaviməti ilə üzləşir, ancaq siyasi iradə nümayiş etdirərək protokolun imzalanmasından imtina etmir. Əslində o, bununla göstərmək istəyir ki, Ermənistan sənədi imzalamaqdan yayına bilər, bunun üçün Türkiyə bütün şərtlərindən əl çəkməlidir. İnsafən desək, artıq Türkiyə bu istiqamətdə bütün ilkin şərtlərindən əl çəkib. İndi sanki Ermənistana yalvarır ki, imzalanma mərasimi baş tutsun. Əbəs yerə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında deməyib ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqların Türkiyə-Ermənistan sərhədlərinin açılmasına heç bir aidiyyəti yoxdur. Sənədin imzalanmaması o halda baş verə bilər ki, Ermənistan onun tərkibində dəyişiklik etsin. Deməli, Sərkisyan cənabları türklərin psixologiyasını yaxşı bildiyindən deyirmiş ki, Türkiyədə futbola baxmağa açıq sərhəddən keçib gedəcək. Türkiyənin sənədi imzalamaq üçün sanki Ermənistana yalvarışı isə qətiyyən başa düşülən deyil və qarşı tərəfə əlavə şans verir. Bu yerdə filosof Əlisa Nicatın "Mələklər və iblislər" tarixi romanındakı bir məqamı şərhsiz, filansız qeyd etmək yerinə düşərdi Adı Azərbaycanda hər kəsə bəlli olan Stepan Şaumyan Bakıda yüksək vəzifə sahibi olan 26 ermənini şəhərətrafı bağ evinə yığaraq gələcək planlarını açıqlayırmış. O, öz çıxışında Azərbaycan xalqı barədə düşündüklərini belə ifadə edib: "Gəlin, görək özlərini müsəlman adlandıran, son vaxtlar isə bir neçə nəfər tərəfindən uydurulmuş azərbaycanlı adı ilə əvəz edilən, əslində isə tatar olan bu xalq kimdir, necədir və nə vəziyyətdədirğ Heç zaman kimlikləri məlum olmayıb, heç bir tarixçi və səyyah tərəfindən müstəqil etnos və xalq kimi qeydə alınmayıb. Heç bir yazılı abidələri yoxdur. Bütün abidələrinin kitabəsi ərəb və fars dilindədir. Özlərini hesab etdikləri bütün şair və hətta aşıqları belə özünün milli mənsubiyyətini heç yerdə qeyd etməyib. Milli şüuru bu cür sıfır dərəcəsində olan ikinci bir xalqa rast gəlmək qeyri-mümkündür. Yalnız dini mənsubiyyətləri mövcuddur ki, bu da bir o qədər dərində deyil və tamamilə zahiri mahiyyət daşıyır. Təsadüfi deyil ki, bizim bunlarla 1905-ci ildəki mücadiləmiz erməni-müsəlman davası adlandırılır. Deməli, milli bir varlıq kimi heç bir mütəşəkkil şüura malik deyillər və sosio-psixologiya qanunlarına görə heç vaxt da malik olmayacaqlar. Milli şüurun yoxluğu siyasi şüura da genetik planda sıfıra endirdiyi üçün təşkilatlanma cəhətlər Afrika bişmenlərindən və qottentoqlarından da geridədirlər". İndi fikir verin, ermənilər Dağlıq Qarabağda azərbaycanlıların başına min cür oyun açdıqları, onları öz doğma yurd-yuvalarından didərgin saldıqları halda bizdən baş verənləri unutmağı və onların iddiasını təmin etməyi istəyirlər. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov da bir söz əzbərləyib ki, "biz ermənilərlə birgə yaşamağa hazırıq". Daha demir ki, ermənilər nəinki işğal etdikləri, hətta ötən əsrin əvvəllərində məskunlaşdıqları Azərbaycan torpaqlarını tərk etməlidirlər. Sanki bununla vasitəçilərin yanında sülhsevər millət obrazı yaratmaq istəyir. Əslində həmin vasitəçilər on illərdir ki, azərbaycanlı icmasından bundan başqa yeni söz, onların hansısa tələbini eşitmir və ermənilərin necə vəhşi millət olduqlarını bizdən də yaxşı bilirlər. Belə yerdə yenə Şaumyanın söylədiklərini xatırlatmaq zərurəti yaranır: "Atıq dönə-dönə şahidi olmuşuq ki, onların nəinki bacı-qardaşlarını, hətta oğul-uşaq, ata-analarını belə qətlə yetirəndən sonra, yenə onlarla dostluq münasibətini qurmaq olur. Çünki bu tamamilə analogiyası olmayan bir tayfadır". Belə məlum olur ki, ruslar özlərinin Qafqaz siyastində 1-ci Pyotrun vəsiyyətnaməsini, ermənilər isə Azərbaycana münasibətdə Şaumyanın düşüncələrinə əsas götürərək hərəkət edirlər. Bizə isə sadəcə, susub baş verənləri müşahidə etmək qalır.Alim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar