SON XƏBƏRLƏR

sabah İsveçrədə baş tutacaq görüşə Hillari Klinton da qatılacaq

2021.10.20, 07:36
sabah İsveçrədə baş tutacaq görüşə Hillari Klinton da qatılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdlırılması ilə bağlı protokoların imzalanma mərasimində Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton da iştirak edəcək. Dövlət Departamentindən verilən məlumata görə, xanım Klintonun sabah İsveçrədə baş tutacaq görüşdə iştirakı iki ölkə arasındakı tarixi qərara dəstək nümayiş etdirməkdir. Məlumatda o da bildirilib ki, Sürix şəhərində keçiriləcək imzalanma mərasiminə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onun fransalı həmkarı Bernard Kuşner və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Havyer Solana da dəvət alıb. Onlarla mərasimdə iştirak edəcəkləri barədə razılıq əldə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar