SON XƏBƏRLƏR

Türkiyə qeyri-hökumət təşkilatlarından Azərbaycana dəstək kampaniyası: “Sarkisyanı Bursada görmək istəmirik”

2021.10.20, 07:36
Türkiyə qeyri-hökumət təşkilatlarından Azərbaycana dəstək kampaniyası: “Sarkisyanı Bursada görmək istəmirik”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə-Ermənistan milli futbol komandalarının oktyabrın 14-də Bursada keçiriləcək matçı ərəfəsində Türkiyə və Ermənistan bayraqlarından başqa digər ölkələrin bayraqlarının stadiona gətirilməsinə icazə verilməyəcəyi bəlli olandan sonra qeyri-hökumət təşkilatları 15 min Azərbaycan bayrağı sifariş verib. Kamu-Sen (Kamu Çalışanları Sendikaları Konfederasyonu) həmkarlar təşkilatının Bursa təmsilçisi Səlcuq Türkoğlu bildirib ki, Türkiyə-Ermənistan matçında Azərbaycanı dəstəkləmək istəyirlər və bu, onların demokratik hüququdur: “Prezidentimiz Abdulla Gül Ermənistan-Türkiyə matçında iştirak etmişdi. Bu mənada Ermənistan prezidenti Serj Sarkisyan da Türkiyədəki matça dəvət edildi. Bu dəvətdən sonra Sarkisyanın yalnız sərhəd qapısı açıldıqdan sonra Türkiyəyə gələ biləcəyini söyləməsi ictimaiyyətimizin ciddi etirazına səbəb oldu. Biz idman qarşılaşmasının siyasətə alət edilməsinə etiraz edirik. “Sarkisyanı Bursada görmək istəmirik!” şüarı ilə keçirdiyimiz imza kampaniyasına xalq ciddi dəstək verdi”. Selcuk Türkoğlu bildirib ki, idmandan şantaj vasitəsi kimi istifadə edənlər və Qarabağı işğal altında saxlayanlar özlərini mühakimə etməlidirlər: “Prezidentimiz heç bir şərt qoymadan Ermənistana futbol oyununu izləməyə getdi. Dünyanın diqqəti Bursada keçiriləcək bu oyunda olacaq və bu, Azərbaycanın problemini, bu ölkədə yaşananları beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün bir fürsətdir. Azərbaycan bayraqlarıyla Türk milli komandasının dəstəklənməsi anlamlı olacaq. Dövlət qurumlarımızın narahatlığını anlayırıq. Biz ölkəmizin imicinin heç bir şəkildə zərər görməsini istəmirik. Ancaq stadiona Türkiyə və Ermənistan bayraqlarından başqa digər ölkələrin bayraqlarının gətirilməməsi barədə qərar çox da yerində deyil”. O, Azərbaycanın müstəqil bir dövlət olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Biz iki ölkənin bayrağını bir-birindən ayırmırıq. Stadiona Azərbaycan bayrağının buraxılmayacağı ilə bağlı qərarın nədən çıxarıldığını anlaya bilmirik. Qanayan yaraları dilə gətirmək insan haqqıdır. Burada qanunsuz heç nə yoxdur. Azərbaycan bayrağı müstəqil bir ölkənin və millətin bayrağıdır. Bursada minlərlə azərbaycanlı var. Qeyri-hökumət təşkilatları minlərlə Azərbaycan bayrağı ilə qardaş dövləti dəstəkləmək isətyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar