SON XƏBƏRLƏR

İrandan gələn cavab Azərbaycanı bir daha suçladı

2021.10.20, 07:36
İrandan gələn cavab Azərbaycanı bir daha suçladı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasının rəsmi qurumu olan Radio və Televiziya Təşkilatının saytı dünən Azərbaycan bölməsində yeni açıqlama yayıb. Açıqlamada İranın Azərbaycandakı səfirinin oktyabrın 6-da Xarici İşlər Nazirliyinə çağırıldığı xatırladılır. “İran səfiri boş bəhanələrlə çağırılıb” başlıqlı açıqlamada deyilir ki: Azərbaycan Respublikasının məlum dairələrdən asılı bəzi mediaları dövlət rəsmilərinin şübhəli əməllərinin üzə çıxmasını kölgələmək niyyəti ilə sionistlərin Azərbaycandakı nüfuzunun təhlükəsizliyini gözə çəkir. Açıqlamada Azərbaycan mediasının bir bayraq şəklinə görə hay-həşir salıb Xarici İşlər Nazirliyini İrana etiraza təhrik etdiyi vurğulanır: “Görünür, bu ssenari İran Radio və Televiziya Təşkilatının sionist rejimin Azərbaycandakı təhlükəli əməllərini ifşa etməsini təsirsizləşdirmək niyyəti ilə hazırlanıb. Bu ssenarinin arxasında da sionistlərin izi tam aydın müşahidə olunur. Belə ki, sionist rejimin Bakıdakı səfiri dərhal "Biz Azərbaycan Respublikasının bayrağına və rəsmi şəxslərinə hörmət edirik" deyə münasibət bildirib, qurduğu qəlyanın odunu gücləndirib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar