SON XƏBƏRLƏR

Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər

2021.10.20, 07:36
Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "APA"ya istinadən yaydığı məlumata görə, Ermənistan və Azərbaycan ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplərin əks olunduğu sənədi razılaşdırmalıdır, əks təqdirdə açıq qarşıdurma mərhələsinə qayıtmaq qaçılmaz olacaq. Bu fikirlər Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti təhlilində öz əksini tapıb. BBQ-nin Tiflisdəki Qafqaz Layihəsi Direktorluğundan APA-ya verilən məlumata görə, BBQ-nin “Dağlıq Qarabağ: Nizamlanmaya yanaşma” adlı son siyasi brifinqində iyirmi illik münaqişə tədqiq olunur. Beynəlxalq Böhran Qrupu hesab edir ki, regionda yaranmış münbit şərait münaqişənin nizamlanması ilə bağlı optimizmə əsas verir. Buna rəğmən BBQ hər iki ölkənin hökumətlərini və beynəlxalq birliyi bütün səylərin səfərbər edilməsinin zəruriliyi barədə xəbərdar edib və bildirib ki, mövcud status-kvo vəziyyəti getdikcə daha qəbul olunmaz hala gəlir. “Münaqişə tərəflərindən hər hansı birinin məqsədyönlü hücuma keçməsi ehtimalı az olsa da, on beş il əvvəl silahlı qarşıdurmanı dayandırmağa müvəffəq olmuş atəşkəs sazişi getdikcə daha kövrəkləşir” deyən BBQ Qafqaz Layihəsinin direktoru Lourens Şits son zamanlar atəşkəs rejimi hallarının intensiv şəkildə pozulduğunu, bu prosesin gözlənilmədən irimiqyaslı münaqişəyə çevrilə biləcəyini ehtimal edib. Qrup həmçinin əsas prinsiplər üzrə sənədin qəbul edilməsi, daha sonra isə sülh sazişi ilə bağlı danışıqlara başlanması üçün ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələri Azərbaycan və Ermənistanı inandırmaq səylərini artırmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar