SON XƏBƏRLƏR

Türkiyənin Xarici İşlər Nazirliyi: Hər şeyə rəğmən erməni-türk protokolları imzalanacaq

2021.10.20, 07:36
Türkiyənin Xarici İşlər Nazirliyi: Hər şeyə rəğmən erməni-türk protokolları imzalanacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Hürriyet” qəzeti Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb ki İsveçrənin rəsmi məlumat yayıb-yaymamasından asılı olmayaraq erməni-türk protokolları imzalanacaq. Sənədlərin imzalanma mərasimində digər istəkli ölkələr də iştirak edə bilər. diplomat bildirib ki Erməni-türk münasibətlərinin yaxınlaşmasına sevinən bir çox ölkələr var. əvvəllər isə Türkiyə mətbuatı erməni diasporunun çoxsaylı etirazları səbəbindən İsveçrənin Protokollarla bağlı detalları dəqiqləşdirə bilmədiyi barədə şayiələr yaymışdı. Sənədlərin imzalanma mərasimindən Türkiyə, Ermənistan və İsveçrə xarici işlər nazirlərindən savayı digər iştirakçıların da olub-olmayacağına dair suala türkiyəli diplomat “bu istisna olunmur” dey cavab verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar