SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentləri bu gün saat 18.00-də görüşəcəklər

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentləri bu gün saat 18.00-də görüşəcəklər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Moldovanın paytaxtı Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar başlayacaq. Bu danışıqlarda Rusiya prezidenti Dimitri Medvedevin də iştirak edəcəyi gözlənilir. Bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib. O da bildirilib ki, prezidentlərin Kişinyov görüşündə hər hansı sıçrayış gözlənilmir. Görüş yalnız münaqişənin həllində növbəti addım olacaq. Görüş Bakı vaxtı ilə saat 18.00da ABŞ-ın Moldovadakı səfirliyində baş tutacaq. Müzakirələrin 2 saat çəkəcəyi güman edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar