SON XƏBƏRLƏR

Tehran universitetlərinin Azərbaycanlı öyrənciləri məktəblərin açılışı günü münasibəti ilə bəyanat yayıblar

2021.10.20, 07:36
Tehran universitetlərinin Azərbaycanlı öyrənciləri məktəblərin açılışı günü münasibəti ilə bəyanat yayıblar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 15 gün öncə İranda elm ocaqlarının açılışı günü qeyd olunub. elə bu münasibətlə Tehran universitetlərinin Azərbaycanlı tələbələri tərəfindən bəyanat yayılıb. Öyrənciləri yaydığı bəyanatda ana dilinin əhəmmiyəti millətlərin kimliyinin təsdiqi olduğu baxımından vurqulanır. Eyn halda ana dilində təhsil hüququ İranın anayasasında 15-ci əsldə dərc olunduğu xatırladılaraq insan haqları qurumları tərəfindən nə qədər əhəmmiyət kəsb etdiyindən bəhs edilir. Bəyanatda vurqulanır ki hökümətlər beynalxaq müstəvisində təkid olunan bu hüququ riayət etməlidirlər. Həmçinin bildirilir ki Azərbaycan öyrənci hərəkatı başqa milli hərəkatçılarla birlikdə beynalxaq konvensiyalara əsasən, həmçnin İranın anayasasının 15-ci eslinə görə türk dilinin ancaq bəzi universitetlerdə ixtiyari bir dərslik kimi tədris olunmasını təmamən yetərsiz hesab edir və türk dilinin tədrisi ibtidayi məktəblərdən başlanmalı olduğu qənaətindədir. Bu istiqamətdə də mübarizə bizim əsas tərcihimizdir. Bəyanatda bildirilir ki İranda prezident seçki nəticəsinə olan etirazlar və iğtişaşlarda Azərbaycan mənalı şəkildə öz susqunluğunu qorudu. əgər hər hansı bir demokratik hərəkat İranda yaşayan bütün millətlərin demokratik haqlarını dilə gətirmirsə və bununlada müxtəlif millətlərin dəstəyini qazana bilmirsə, o hərəkat hər hansı bir nəticə verməyəcək. Tehran universitetinin Azərbaycanlı öyrənciləri öz bəyanatlarında başqa milli hərəkatçılarla birlikdə çiyin çiyinə mübarizəyə dəvam etdirəcəklərini vurqulayıblar. Onlar Azərbaycanın potensiyalına işarə edərək milli hərəkatın qarşısında aydın üfüqlərin olduğunu bəyan ediblər.GUNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar