SON XƏBƏRLƏR

Əl-Əzhər universitetinin rəsmisi Qara çadranın İslam dini ilə əlaqəsi olmadığı haqda fitva verəcəyini bildirib

2021.10.20, 07:36
Əl-Əzhər universitetinin rəsmisi Qara çadranın İslam dini ilə əlaqəsi olmadığı haqda fitva verəcəyini bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Şeyx Muhamməd Səid Tantavi qara çadranın İslam inancı ilə heç bir əlaqəsi olmadığını bildirib. Şeyx Tantavi çadranın ənənəvi geyim olduğunu, bu geyimi qadağan etmək üçün fətva verəcəklərini deyib. Şeyx Muhamməd Səid Tantavi İslam dininin ən böyük elm-təhsil mərkəzlərindən biri olan Misirdəki Əl-Əzhər universitetinin rektorudur. məlumata görə, onun bir qız tələbəsi ilə dialoqu olub. Belə ki, Tantavi sinifləri dolaşarkən niqablı bir qıza "üzünü aç" deyib. Tələbə isə, "mən inandığım üçün belə geyinirəm" cavabını verib. Əsəbləşən Tantavi deyib ki Mən İslam dinini səndən və sənin ailəndən daha yaxşı bilirəm. Niqabın İslam dinində yeri yoxdur. bundan daha əvvəllər Şeyx Muhamməd Səid Tantavi bədənin görünüşünü bəlli etməmək şərtilə qadınların geniş şalvar geyinə biləcəkləri istiqamətində fətvası olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar