SON XƏBƏRLƏR

Əhmədinəjadı tənqid edən 3 qəzet qapadıldı

2021.10.20, 07:36
Əhmədinəjadı tənqid edən 3 qəzet qapadıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən İranda "Barışıq Mədəniyyəti", "İdeallar" və "Günün Təhlili" qəzetləri qapadılıb. İran dövlətinin nəzarəti altında olan xəbər agentlikləri bu qəzetlerin fəaliyətinin dayandırılması xəbərini təsdiqləyiblər. Qapadılan qəzetlər prezident Mahmud Əhmədinejadı tənqid edən KİV-i sıralarındadırlar. Bundan daha öncədə Sentyabr ayında prezidentliyə namizəd Mehdi Kərrubinin İran həbsxanalarında məhbusların zorlamalar və təzyiqlərə məruz qalması barədə məqalə dərc edən qəzetini müvəqqəti bağlanmışdı. ümumiyətlə İran hökuməti bundan əvvəl də, iyun ayının 12-i prezident seçkilərindən sonra səhifələrində tənqidlərə yer verən media şirkətlərinin fəaliyyətinə qadağa qoymağa bağlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar