SON XƏBƏRLƏR

Tayyib Ərdoğandan açıq bəyanat: Sərhədlərin açılması Qarabağ danışıqlarından asılı deyil

2021.10.20, 07:36
Tayyib Ərdoğandan açıq bəyanat: Sərhədlərin açılması Qarabağ danışıqlarından asılı deyil

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə və Ermənistan arasında protokolların imzalanması Kişinyovda Azərbaycan və Ermənsitan prezidentləri arasında keçiriləcək görüşdə hər hansı irəliləyişdən asılı deyil. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan The Wall Street Journal qəzetinə bildirib. The Wall Street Journal qəzeti yazır ki Türkiyə bununla sərhədlərin açılması üçün qoyduğu ilkin şərtdən əl çəkib. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü oktyabrın 8-də Kişinyovda olacaq. Qəzetin yazdığına görə, cənab Ərdoğan deyib ki, razılaşma oktyabrın 10-da imzalanacaq və bunun Moldovada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Cənab Ərdoğan həmçinin bildirib ki, protokolların parlamentdə təsdiqinə təminat verə bilməz. Türkiyə parlamentində səsvermə gizli yolla keçirilir. Türk lideri deyib ki, şənbə günü protokolların imzalanmasına yeganə maneə Ermənistan razılaşmanın mətnini dəyişdiyi təqdirdə baş verə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar