SON XƏBƏRLƏR

Rhein-Main Işbirlik Komitəsi təqdim edir

2021.10.20, 07:36
Rhein-Main Işbirlik Komitəsi təqdim edir

Gunaz.tv
Azərbaycan-Ermənistan münaqişəsinin tarixi və bu günükü durumu 31.10.2009 Azərbaycan və Ermənistan arasında illərdən bəri dondurulmuş vəziyyətdə olan Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqı ərazisində ən mürrəkkəb silahlı milli-etnik münaqişələrdən hesab olunur. 1994-cü ilin may ayında münaqişə tərəfləri arasında atəskəs əldə olunsa da, beynəlxalq vasitəçiliklə aparılan danışıqlar hələlik heç bir konkret nətiçə verməmişdir. Artıq 15 ildir ki, Ermənistan dövlətinin Azərbaycanın təxminən 20 faiz torpaqlarını işgal altında saxlaması üzündən xüsusən Azərbaycan əhalisi indiyədək davam edən “nə müharibə, nə sülh” vəziyyətindən əziyyət çəkir. Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonu işgal altına düşmüşdür. 1988-1994-cü illərdə davam etmiş hərbi təcavüz nəticəsində 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır. Azərbaycan-Ermənistan münaqişəsi Cənubi Qafqaz regionunun ümumi inkişafında ən böyük maniələrdən biridir. Zaman: 18:00 - 21:00 Yeri: Haus Ginnheim Heinzstr. 5- 7 Rhein-Main Işbirlik Komitəsi təqdim edir: 60431 Frankfurt Almanya Məruzəçilər: Azər Babayev Frankfurt Sülh Tədqiqatları İnstitutunun (HSFK) elmi əməkdaşi Humboldt adına Berlin Universitetinin doktorantı Rauf Cəfərov Info: [email protected]/* */

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar