SON XƏBƏRLƏR

Urmu həbsxanasında Azərbaycanlı siyasi məhbus aldığı fiziki zərbədən hayatını itirib

2021.10.20, 07:36
Urmu həbsxanasında Azərbaycanlı siyasi məhbus aldığı fiziki zərbədən hayatını itirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “mediaforum”-a istinadən yaydığı məlumata görə, Urmu zindanında Azərbaycanlı siyasi məhbus aldığı fiziki zərbə nəticəsində hayatını itirib. Urmu zindanında məhbus hayatı yaşayan Əmir Abdullanəjad bir neçə gün öncə Əkbər Pişəvər adlı bir zindan məmurun başçılığı ilə möhkəm döyülüb. Aldığı ağır zərbələr nəticəsində onurğa nahiyəsindən jiddi xəsarət alan məhbus ilk öncə zindan xəstəxanasına köçürülüb. Həkimlər isə məhbusun durumunun ağır olduğunu əsas gətirərək onun şəhər xəstəxanasına köçürülməsini istəyiblər. Ancaq zindan rəsmiləri buna imkan verməyərək məhbusu bir daha saxlanıldığı kameraya gətiriblər. Bununlada mülicəsiz durumda qalan məhbus bir neçə gün öncə zindanda keçinib. Məlumata görə artıq iki gündür ki siyasi məhbusun meyiti öz ailəsinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar