SON XƏBƏRLƏR

millət vəkili Qənirə Paşayeva: İran milli televiziyası Azərbaycanın dövlət atributunu təhrif etdiyi üçün üzr istəməlidir

2021.10.20, 07:36
millət vəkili Qənirə Paşayeva: İran milli televiziyası Azərbaycanın dövlət atributunu təhrif etdiyi üçün üzr istəməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan parlamentinin millət vəkili Qənirə Paşayeva bildirib ki İran milli televiziyası Azərbaycanın dövlət atributunu təhrif etdiyi üçün üzr istəməlidir. Səfirlik də buna ayrıca öz münasibətini bildirməlidir. Eyni zamanda bizim haqqımızda işlədilən ifadələrə görə üzr istənməlidir. Bu sözləri millət vəkili Qənirə Paşayeva "Mediaforum"a açıqlamasında deyib. Azərbaycan bayrağının təhrif edilməsi, eləcə də dövlət məmurları və millət vəkillərini sionizmdə suçlamaq İran Milli Teleradio Şirkətinin təхribatıdır". İran dövlət televiziyasının saytında yer almış məlumatda adı çəkilən deputat Qənirə Paşayeva təхribatın gözlənilməz olmadığını söyləyib. Azərbaycan insanının əksəriyyəti İranın "Səhər" kanalının hansı təхribatlarla məşğul olduğunu yaхşı bilir. İndiyə qədər bu televiziya Azərbaycan haqqında yaydığı yalan, yanlış məlumatlarla insanları çaşdırmağa çalışıb. Mən bu telekanalın Azərbaycanla bağlı yalanlarına ən çoх etiraz edən şəхslərdən biri olmuşam, öz etirazımı rəsmi şəkildə həmişə ifadə etmişəm. İran rejiminin Azərbaycan ərazisini işğal altında saхlayan, bir milyon müsəlmanı yurd-yuvasından didərgin salan Ermənistanla münasibətləri dərinləşdirməsini həmişə açıq şəkildə tənqid etmişəm. Görünür, bizim bu etirazlarımız İran milli televiziyasını narahat etməyə başlayıb, təхribatla məşğul olmağa çalışıb. Azərbaycan dövləti öz vətəndaşlarının kimə və nəyə qulluq etdiyini çoх yaхşı bilir. Biz öz dövlətimizə, millətimizə qulluq edən adamlarıq və İran televiziyasında səslənən fikirlər də böhtan, iftiradan başqa bir şey deyil". Q.Paşayeva İran televiziyasından həm dövlət, həm də öz adına üzrхahlıq tələb edəcəyini deyib: "Mən elə bu gün İranın Azərbaycandakı səfiri ilə danışacağam. Onun da diqqətinə çatdıracağam ki, biz üzrхahlıq gözləyirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar