SON XƏBƏRLƏR

GAİP Azərbaycan bayrağının, İran milli Teleradiosu tərəfindən təhrif edilməsi ilə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
GAİP Azərbaycan bayrağının, İran milli Teleradiosu tərəfindən təhrif edilməsi ilə bağlı bəyanat yayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycan İstiqlal Partiyası İran milli Teleradiosunun Azərbaycan bayrağını təhrif etdiyi ilə bağlı bəyanat yayıb. bəyanatda deyilir ki: İran adlanan coğrafi ərazidə işğal altında yaşayan 35 milyondan çox Güney Azərbaycan türkünün milli və insan haqlarını inkar edən faşist fars molla rejimi azərbaycan türklərinin Vətəni olan müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinə qarşı qərəzli və təxribatçı mövqeyini davam etdirməkdədir. Belə ki, iran adlanan ölkənin cəsus şəbəkəsi kimi sərbəst fəaliyyət göstərən İran Milli Teleradio Şirkətinin rəsmi saytı İRİB World Service-in azərbaycan bölməsində yayımlanan “Azərbaycan Respublikasında sionistlərin nəzarətində olan dövlət qurumları” adlı videomaterialın yazı başlığında Azərbaycan Cumhuriyətinin dövlət bayrağı təhrif olunmuş formada göstərilib. Videomaterialda isə Azərbaycan dövlət qurumları və bəzi dövlət rəsmiləri təhqir olunublar. Bu təxribatçı şəbəkənin Azərbaycan dövlətçiliyinə qarşı hədələyici anti-azərbaycan siyasəti bir daha sübut edir ki, iran rejimi Azərbaycanın müstəqil dövlət kimi günü-gündən inkişaf etməsi, regionda və dünyada söz sahibi olan ölkə kimi tanınmasından olduqca narahatdır. Çünki, rejim rəhbərliyi Azərbaycanla bağlı özlərinə məxsus xəyalpərəst mülahizələr yürüdərək bildirirlər ki, “Azərbaycan İranın arxa bağçası kimi İranın nüfuzu altından çıxmamalıdır”. Təbii ki, bu gün Azərbaycan Cumhuriyətinin bütün sahələrdə apardığı müstəqil daxili və xarici siyasət rejimin Azərbaycanla bağlı bütün planlarını alt-üst edir. Buna görə də molla rejimi Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan bu günə kimi “din ” pərdəsi adı altında müxtəlif terrorçu dəstələr, cinayətkar qruplar, casus şəbəkələri vasitəsilə Azərbaycanın daxilində sabitliyi pozmağa cəhd göstərib və işğalçı Ermənistana hərtərəfli yardım etməklə Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olmasına mane olub. Digər tərəfdən isə Güney Azərbaycanda yaşayan 35 milyondan çox azərbaycan türkünün ən ibtidai hüquqlarını pozur, onların milli kimliyini inkar edir, yeraltı və yerüstü sərvətlərini talan edir, öz milli hüquqları uğrunda sivil mübarizə aparan gənc və ziyalı kəsimi zindanlarda təzyiq və işgəncələrə məruz qoyur, millətimizi dövlət səviyyəsində təhqir edir, buna etiraz edən kütləni isə silahla susdurmağa çalışır. Bütün bu hallar o zaman baş verir ki, rejimin dövlət rəsmiləri beynəlxalq kürsülərdə ədalətin qarantı kimi çıxış edirlər. Güney Azərbaycan İstiqlal Partiyası dünyada yaşayan azərbaycan türklərinə, xüsusilə də müstəqil Azərbaycanın vətəndaşlarına müraciət edərək bildirir ki, “din” pərdəsi altında gizlənmiş iran fars faşist rejiminin əsil mahiyyətini düzgün dəyərləndirsinlər və onun təxribatlarının gerçəkləşməsinə imkan verməsinlər. İnanırıq ki, Azərbaycan Cumhuriyətinin dövlət qurumları qanun çərçivəsində bu kimi təxribatların qarşısının alacaq. Biz, Güney Azərbaycan İstiqlal Partiyası olaraq iran rajiminin Azərbaycan əleyhinə apardığı təxribatları pisləyirik və bəyan edirik ki, rejimin hər hansı təxribatı cavabsız qalmayacaq və dünyada yaşayan azərbaycan türkləri fitnəkar fars molla rejiminin təxribatlarına etirazlarını bildirərək bu kimi təxribatların qarşısını alacaqlar. Güney Azərbaycan İstiqlal Partiyası 05.10.2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar