SON XƏBƏRLƏR

The Washington Times: “Müharibə qaçılmazdır”

2021.10.20, 07:36
The Washington Times: “Müharibə qaçılmazdır”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “The Washington Times" qəzeti yazır ki, İranın nüvə fəaliyyətləri hərbi xarakterlidir və bu ölkə ilə müharibə qaçılmazdır. Yeganə sual bundan ibarətdir: müharibə nə zaman başlayacaq? ABŞ-ın mühafizəkar çevrələrinə bağlı olan qəzet redaksiya məqaləsində qeyd edir ki, Əhmədinejad yalançıdır və nüvə fəaliyyətləri ilə bağlı məlumatları gizlədir. “Hazırda İran nüvə bombası əldə etməyin bir neçə addımlığındadır, İsraildə hesab edirlər ki, Əhmədinejad 5-6 ay sonra nüvə başlığına sahib olacaq”- deyə, məqalədə bildirilir. Qəzet ABŞ prezidenti Barak Obamanın İranla anlaşmaq cəhdlərini də “mənasız, effektiv olmayan və sadəlövh siyasət” adlandırır. “Vaşinqtonun iki variantı var: ya İsrailə İrana zərbə endirmək üçün sanksiya vermək, ya da Tehranın nüvə silahına malik olması ilə barışmaq”-deyə, məqalədə bildirilir. Qəzet yazır ki, İrana hərbi zərbələr təhlükəli nəticələrə səbəb olacaq, neft 300 dollara qədər bahalaşacaq, Qərbdə iqtisadi böhran dərinləşəcək. Ancaq İran nüvə silahı əldə etsə, bu, daha dəhşətli və dağıdıcı regional müharibəyə səbəb olardı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar