SON XƏBƏRLƏR

Ermənilər Nyu-York və Kanadada Sərkisyana “yox” deyiblər

2021.10.20, 07:36
Ermənilər Nyu-York və Kanadada Sərkisyana “yox” deyiblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mçərkəzinin əldə etdiyi məlumata görə, Erməni diasporasının sıx məskunlaşdığı iri mərkəzlərə səfərə çıxan prezident Serj Sərkisyan Nyu-Yorkda ABŞ-ın şərqindəki və Kanadadakı erməni icmasının nümayəndələri ilə görüşüb. S. Sərkisyan həmvətənlərinə Türkiyə ilə paraflanmış protokollar haqqında məlumat verib. Diaspora təmsilçiləri isə protokolların bəzi maddələrindən narahat olduqlarını söyləyiblər. Onlar xüsusən tarixi məsələlərlə bağlı alt komissiyanın yaradılmasına, eləcə də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair müddəaları buna misal kimi göstəriblər. Bir qrup erməni isə S. Sərkisyanın qaldığı otelin qarşısında piket keçirib. Onlar əllərində “Erməniliyin gələcəyi hesabına güzəşt olmaz!”, “Protokollara yox!”, “Saxtakarlığa yox!”, “Xəyanətə yox!” sözləri yazılmış plakatlar tutublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar