SON XƏBƏRLƏR

“İran və ABŞ münaqişəsində tərəfə çevrilmək istəmirik”- İraq

2024.04.12, 13:41
“İran və ABŞ münaqişəsində tərəfə çevrilmək istəmirik”- İraq

İraqın baş naziri İran və ABŞ münaqişəsində ölkəsinin kiminsə xeyrinə tərəf kimi çxış etməsinə yol verilməyəcəyini deyib.

Gunaz.tv

Məhəmməd Şia Əl-Sudani bu barədə Xarici Əlaqələr (Foreign Affairs) jurnalına yazdığı məqalədə bildirib. 

“İraq İran və ABŞ münaqişəsində tərəfə çevrilmək istəmir. Müharibə və sülh barədə qərarlar ancaq hakimiyyətlər tərəfindən verməlidir. 

ABŞ mənafeyinə həmlələrə yol verməyəcəyik. Hakimiyyətimizin və qurumlarının nəzarətindən kənar silahları yığışdırmağa cəh edirik”- deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, İran rəmiləri İsrailin tərəfindən Dəməşqdə konsulluğuna həmlə barədə ABŞ-ın məlumatlı olduğu və İsrailə yaşıl işıq göstərdiyini iddia edərək Amerikanın cavabdehlik daşıdığını deyib.

İraq bir neçə aydır ki, ölkədə İranın dəstəklədiyi və sair silahlı qüvvələrin tərki silah etmələri niyyətində olduğunu bildirib.


Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar