SON XƏBƏRLƏR

Türk milləti sərhədlərin açılmasına qarşıdır

2021.10.20, 07:36
Türk milləti sərhədlərin açılmasına qarşıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın haqq işini dəstəkləmək niyəti ilə anadolu türk milləti bir daha sərhədlərin açılmasına qarşı olduğunu nümayiş etdirir.. Bu mövzu ilə bağlı Ankaranın mərkəzində Ermənistanla sərhədlərin açılmasının əlieyhinə imzatoplama kampaniyasına start verilib. Kampaniyanın əsas məqsədi Azərbaycanın haqq işini dəstəkləməkdən ibarətdir. Bu barədə məlumat verən Türkiyə İşçi Partiyası sədrinin müavini Məhmət Bədri Gültəkin bildirib ki, qardaş Azərbaycan torpaqları erməni işğalından azad olunmayanadək düşmənlərə heç bir güzəştdən söhbət gedə bilməz. O deyib ki, qardaş Azərbaycan xalqı ilə həmrəyliyin əlaməti olaraq toplanacaq imzalar dövlət başçısı və parlamentə göndəriləcək. Və bununlada türk millətinin mövqeyi rəsmilərə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar