SON XƏBƏRLƏR

Güneyli yazıçı Nəqi Əhmədiazər 5 ay həbsdən sonra azadlığa buraxılıb

2021.10.20, 07:36
Güneyli yazıçı Nəqi Əhmədiazər 5 ay həbsdən sonra azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “savalansesi”-nə istinadən yaydığı məlumata görə, təxminən 5 ay öncə ETTELAAT (İran keşfiyat nazirliyi) əməkdaşları tərəfindən tutuqlanmış Güney Azərbaycanın tanınmış tarixçi və yazıçısı cənab Nəqi Əhmədiazər Müqəddəm 34 gün öncə 150 min dollarlıq mülki vəsiqə girov qoyaraq, Təbriz zindanından azadlığa buraxılıb. Aldığımız məlumata görə, cənab Nəqi Əhmədiazər Müqəddəmin məhkəmə prossesi 1 ay sonra cənab Əlinəjadın hakimliyi altında bərpa olunacaq. Nəqi Əhmədiazər Müqəddəm bir neçə il öncə qapadılmış “Şəms Təbriz” qəzetinin əməkdaşlarından olub. Yazıçının “Türk dili və Azərbaycan tarixi”, ”Sultan Məhəmməd və Təbrizin miniatur məktəbi” və “məşrutiyət hadisələri” kimi fars dilində əsərləri var. Bununla birlikdə yazıçı türk dilindədə bir neçə əsərin müəllifi və tərcüməçisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar