SON XƏBƏRLƏR

İranın dövlət radiosu bayrağımızı təhrif edib

2021.10.20, 07:36
İranın dövlət radiosu bayrağımızı təhrif edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran rəsmi qurumları tərəfindən növbəti dəfə Azərbaycanın bayrağı ələ salınıb. “mediaforum”-un yaydığı xəbərə əsasən İran Milli Teleradio Şirkətinin rəsmi saytı Azərbaycan Respublikasının dövlət bayrağını təhrif edib. Saytda oktyabrın 4-də yerləşdirilmiş videomaterialın təqdimatında yer alan dövlət bayrağında səkkizguşəli ulduzun əvəzində İsrailin dövlət bayrağındakı simvol verilib. “Azərbaycan R-da sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı materialın məzmunu dövlət bayrağındakı təhrifin qəsdən, təhqir məqsədi ilə edildiyini göstərir: “Sionist İsrail rejimi Azərbaycan R-da ekspansionist və qeyri-qanuni məqsədlərini təmin etmək üçün siyasi fəallar və media nümayəndələrindən ibarət qrupa təlim proqramları həyata keçirir. Sionistlərin nümayəndəliyi olan Maşav kurslarında iştirak edən şəxslər hazırda respublikada müxtəlif siyasi və inzibati peşələrdə çalışaraq hökuməti istiqamətləndirmək missiyasını yerinə yetirirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar