SON XƏBƏRLƏR

ABŞ Milli Təhlükəsizlik Şurası İranın İsrailə həmlə etdiyini təsdiqlədi

2024.04.14, 09:41
ABŞ Milli Təhlükəsizlik Şurası İranın İsrailə həmlə etdiyini təsdiqlədi

ABŞ Milli Təhlükəsizlik Şurasının spikeri Adrin Vatson İranın İsrailə həmlələrləini başladığını deyərək prezident Baydenə həmlə barədə ardıcıl məlumat verildiyini bildirib.

Gunaz.tv

Vatson həmçinin əlavə edib ki, Milli Əmniyyət komandası da İsrail rəsmilər və həmçinin ABŞ ortaqları ilə davamlı əlaqə saxlayır.

İsrailin qəzet və televiziya kanalları aprelin 13-nun son saatlarında İranın onlarla PUA ilə İsraili vurduğunu bildiriblər.

İsrailin Müdafiə Nazirliyi həmlənin olunduğunu təsdiq edərək  PUA-ların İranın öz ərazisindən İsrailə sarı atıldığını deyib.

Ölkənin müdafiə qüvvələri həmçinin İsrail Ordusunun havadan müdafiə tərkibi qırıcı təyyarələrlə birlikdə ordunun Dəniz Qüvvıələrinin gəmilərinin döyüş vəziyyətinə gətirildiyini və hucum oluna biləcək obyektlərin nəzarətə götürüldüyünü bildiriblər.

İranın qərbindən nəşr olunmuş görüntülərə istinadən bu bölgədə çoxlu sayda PUa-nın səmada uçuşlar etdiyinə dalalət edir. 

Müxtəlif mənbələrin bildirmələrinə əsasən  İran istehsalı PUA-lar İraq və Yəməndən İsrailə atılıb. 

PUA-ların uçuşlarının sürəti az olduğundan bu silahlar atılandan bir neçə saat sonra İsrailəçatacağı və nəzərdə tutulmuş hədəflərə dəyəcəkləri güman olunur.

Taymaz
.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar