SON XƏBƏRLƏR

Azərbaycanda erməni, fars, ingilis və rus dillərində xəbərlər yayımlayan televiziya işə başlayıb

2021.10.20, 07:36
Azərbaycanda erməni, fars, ingilis və rus dillərində xəbərlər yayımlayan televiziya işə başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin APAya istinadən yaydığı məlumata görə, ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlunun verdiyi məlumata əsasən Azərbaycanın ilk beynəlxalq televiziyası olan “ATV İnternational” (“ATV İnt”) bu gün saat 14.00-da fəaliyyətə başlayıb. Onun sözlərinə görə, “ATV İnt” müntəzəm olaraq 4 dildə - erməni, fars, ingilis və rus dillərində xəbər yayımlayacaq. Xəbər buraxılışları hər gün, gündə iki dəfə olmaqla efirə veriləcək. V. Aydınoğlu deyib ki, xəbərlər “ATV news” kimi təqdim olunacaq və aparıcısız olacaq: “Bu televiziyaya da digər Azərbaycan kanalları kimi “Türksat-3A”-da baxmaq mümkün olacaq”, - deyə V. Aydınoğlu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar