SON XƏBƏRLƏR

İran İslam Respublikasından Azərbaycana danşınan külli miqdarda narkotik ifşa edilib

2021.10.20, 07:36
İran İslam Respublikasından Azərbaycana danşınan külli miqdarda narkotik ifşa edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sentyabrın 18-də Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikası istiqamətindən daxil olan Bahəddin Oruc oğlu Quliyevin idarə etdiyi “İkarus” markalı 10-KU-350 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı avtobusda olan, üzərində “Sun FLOOR” sözləri yazılmış 25 ədəd karton qutulara baxış keçirilib, həmin qutulardan 3-nün içərisindən 30 ədəd bağlamada, külli miqdarda, ümumi xalis çəkisi 30 kq 200 qram narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb. bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bundan sonra Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu ərazisinə gətirilib, ümumi xalis çəkisi 30 kq 200 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı 3 ədəd qutunun içərisinə qablaşdırılmış şəkildə qeyd olunan sərnişin avtobusundan Azərbaycan vətəndaşları Vüsal Əbdüləli oğlu Məmmədov, Amil Şamil oğlu Əliyev tərəfindən qəbul edilərək, Şakir Əhməd oğlu Nadirovun idarə etdiyi “QAZ-33021” markalı, 85-BE-049 dövlət nömrə nişanlı avtomaşına yüklənərkən sonuncular saxlanılıb. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb, istintaq aparılıb. İstintaq zamanı müəyyən edilib ki, Vüsal Əbdüləli oğlu Məmmədov, şəxsiyyəti istintaqa məlum olmayan “Oqtay” adlı şəxslə narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Oqtay” adlı şəxsin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “İkarus” markalı 10-KU-350 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə göndərdiyi külli miqdarda, ümumi xalis çəkisi 30 kq 200 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını Bakı şəhəri, Sabunçu rayonu ərazisində qəbul edib. Beləliklə, Vüsal Əbdüləli oğlu Məmmədov Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədib. V.Ə.Məmmədov şübhəli şəxs qismində saxlanılıb, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Yasamal rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs qismində dindirildikdə, V.Ə.Məmmədov ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərib ki, Oqtay adlı tanışı onun adına İran İslam Respublikasından gələn kafel, laminat yükünü, həmçinin həmin yüklərin arasında gizlədilmiş narkotik vasitəni təhvil alıb, özündə saxlamağı ondan xahiş edib. V.Ə.Məmmədov bu məqsədlə Bakı şəhərinə gəlmiş, sentyabrın 19-da Sabunçu rayonu ərazisində həmin narkotik maddələri təhvil alarkən gömrük əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işi üzrə cinayətkar qrupun digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq hərəkətləri davam etdirilir.lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar