SON XƏBƏRLƏR

Türk ölkələrinin Naxçıvan sammiti başa çatıb

2021.10.20, 07:36
Türk ölkələrinin Naxçıvan sammiti başa çatıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türk ölkələri prezidentlərinin Azərbaycanın Naxçıvan şəhərində IX zirvə görüşü başa çatıb. Sammitdə Naxçıvan bəyannaməsi və sazişi imzalanıb. Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi qatılıb. iclasda çıxış edən Türkiyə prezidenti Abdulla Gül Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə də daxil olmaqla Cənubi Qafqaz regionunda bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vaxtı çatdığını deyib. prezident İlham Əliyev Dağlıq Qarabağ probleminə toxunub. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların son mərhələsində olduğunu bəyan edib. Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar