SON XƏBƏRLƏR

MAQATE rəhbəri Əl Baradeyi Tehrana gedir

2021.10.20, 07:36
MAQATE rəhbəri Əl Baradeyi Tehrana gedir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin(MAQATE) rəhbəri Məhəmməd Əl Baradeyi bu gün oktyabr ayının 3-də İrana gedir. Onu Tehran dünən dəvət edib. Agentliyin rəhbəri İranın Qum şəhəri yaxınlığında yeni qurulan nüvə zavodunda yoxlamaların vaxtını müəyyən etməyə çalışacaq. İran dövlət televiziyasının verdiyi məlumata əsasən BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl Baradeyi Tehranda İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi ilə birgə görüş keçirəcək. Xatırladaq ki iki gün öncə Cenevrədə İranla dünyanın altı güclü dövləti İranın nüvə proqramını müzakirə etdilər. Müzakirə zamanı İran MAQATE nümayəndələrinin Qum Şəhərinin yaxınlığında yerləşən atom zavodunda axtarış aparmalarına razılıq verib. Bununla birlikdə İranın uranı üçüncü bir ölkədə zənginləşdirilsin deyə razılıq əldə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar