SON XƏBƏRLƏR

Ermənistan prezidenti: Soyqırımı dünyada tanıtma cəhdləri hər zaman ermənilərin gündəmində qalmalıdır

2021.10.20, 07:36
Ermənistan prezidenti: Soyqırımı dünyada tanıtma cəhdləri hər zaman ermənilərin gündəmində qalmalıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlum ata görə, Ermənistan prezidenti Serj Sərkisyan “The Armenian Reporter” nəşrinə müsahibəsində deyib ki “Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması ermənilərin gündəliyindən çıxmamalıdır”. Sərkisyan bildirib ki, “soyqırımı”n beynəlxalq səviyyədə tanınması ölkənin milli təhlükəsizlik konsepsiyasında öz əksini tapıb: “Hansı erməni öz keçmişindən, ədalətin qələbəsinə nail olmaq səylərindən imtina edər? Soyqırımını tanınması təkcə biz ermənilərin deyil, bəşəriyyətin qarşısında duran məsələdir. Bu kontekstdə bir məqamı vurğulamaq istəyirəm. Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesində əsas məqsəd odur ki, Türkiyə və türk xalqının bir çox sivil ölkələrdən nümunə götürərək bu faktı tanısın. İndiyə kimi erməni soyqırımı məsələsi Türkiyə ictimaiyyəti arasında bu qədər geniş müzakirə mövzusuna çevrilməmişdi. Son on il ərzində Türkiyə cəmiyyətində məsələni soyuq başla dəyərləndirən və tarixin qara səhifələrini məsuliyyətlə nəzərdən keçirən insanların səsi ucalmağa başlayıb. Biz bu prosesə dəstək verməliyik. Problem təkcə Türkiyə-Ermənistan barışığında deyil, problem həm də indiki türk nəslinin öz tarixi ilə barışmasındadır”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar