SON XƏBƏRLƏR

Məcburi hicab qaydaları çərçivəsində geyim saytları bağlandı

2024.04.17, 13:41
Məcburi hicab qaydaları çərçivəsində geyim saytları bağlandı

İranda məcburi hicab qaydalarının növbəti dəfə sərtləşdirilməsi ilə eyni vaxtda geyim təbliğatı və onlayn geyim saytlarına da qadağalar qoyulub.

Gunaz.tv

Bu barədə geyim istehsalçıları və satıcılarıməlumat paylaşıblar.

Onların bildirdiyinə görə, geyim satışı sahəsində fəaliyyət göstərən bir sıra internet saytları və mağazaların səhifələri bağlanıb.

Bunun öncədən xəbərdarlıq ediləmədən həyata keçirildiyi və bu sahənin sahibkarlarının ciddi zərər gördükləri bildirilib.

Hökumətin bu hərəkətinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı layihənin tərkib hissəsi olduğu deyilir.

Qeyd edək ki, aprelin 16-da İran Ali Mədəni İnqilab Şurası keçirdiyi iclasda ölkədə “İslam-İran geyim tərzi” milli sənədi təsdiq edib.

Bu, ölkədə məcburi hicab qaydaları və geyim tərzi barədə məhdudiyyətlərin dahada sərtləşdirilməsinə yönəlib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar