SON XƏBƏRLƏR

İran səfiri Portuqaliya XİN-ə çağırılıb - YENİLƏNİB

2024.04.17, 13:58
İran səfiri Portuqaliya XİN-ə çağırılıb - YENİLƏNİB

Portuqaliya İran səfirini çağırmaqla israilli milyarderin gəmisinin zəbt edilməsinə etiraz edərək azad edilməsini tələb edib.

Gunaz.tv

Gəmi SEPAH qüvvələri tərəfindən aprelin 13-ü Hörmüz Boğazında zəbt edilib. Bu barədə “İsrail Ordusu” Radiosu məlumat verərək gəminin israilli milyarder Eyal Oferə məxsus olduğunu deyib.

“MSC” gəmisi Portuqaliya bayrağı ilə hərəkət edərkən BƏƏ-nin Fəcirə Dəniz Limanı ilə 50 mil məsafədə zəbt olunaraq İranın Bəndər Abbas Limanına aparılıb. 

Portuqaliyanın aprelin 16-sı XİN-nin bəyanatında deyilir: “İran səfirinin çağırılması nəticələrini gözləyirik. Növbəti hərəkətimiz onların cavabından asılıdır”.

MSC İsveç-İtaliya birgə müəssisəsinin bildirdiyi məlumata əsasən iranlı qüvvələr helitopterlə gəmiyə enərək onu zəbt ediblər.

İsrailin xarici işlər naziri həmin gəminin zəbt olunmasına reaksiya olaraq İranı “dəniz piratı” adlandırıb.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar