SON XƏBƏRLƏR

İran rejiminin tək bacarığı – saxta xəbər tirajlamaq

2024.04.17, 16:45
İran rejiminin tək bacarığı – saxta xəbər tirajlamaq

Mart ayında Krımın Sevastopol limanında baş verən partlayışı əks etdirən görüntülər, İranın İsrailin Təl-Əvivə raket hücumunu əks etdirən görüntülər kimi təqdim edilib.

Gunaz.tv

Bu görüntüləri paylaşan İran rejiminin dəstəkçiləri İranın aprelin 13-də İsrailə hücumunun videogörüntüləri olduğunu iddia ediblər.

Krım videosuna aid olan görüntüləri paylaşan İran rejiminin dəstəkçisi yazır: “Və budur. Gözlənilən CIA hesabatından görüntülər. İran İsrailin işğalı altında olan Təl-Əvivə ağır raketlərlə hücum etməyə başlayıb; Cəhənnəm odları yanır, bir neçə bina dağılır”.

Gecə çəkilən klipdə alovlu partlayış əks olunub. Arxa fonda yüksək səslər eşidilir. Həmin video Krımın Sevastopol limanı üzərində çəkilib və 2024-cü ilin mart ayının sonlarına aiddir. Eyni material “The Telegraph”-ın 23 və 24 mart tarixlərində paylaşılan xəbərlərində istifadə olunur.

Həmin tarixlər arasında işğalçı rus ordusuna aid hava hücumundan müdafiə qüvvələri Sevastopol limanı üzərində onlarla raketi zərərsizləşdirə bilib. Görüntüdəki alovlu partlayış və yüksək səs raketin zərərsizləşdirilməsi zamanı qeydə alınan görüntüdür.

Video çəkilən dəqiq məkan Sevastopolda yerləşən Nikolaya Muziki küçəsi, tarix isə 23 mart 2024-cü il saat 00:58.

NƏTİCƏ:

İsarilə qarşı intiqam andı içən İran rejimi gecə saatlarında 300-dən çox raketlər və pilotsuz uçuş apartları vasitəsilə zərbə endirməyə çalışıb, uğursuz olur. Rejim isə bu uğursuzluğu saxta xəbər tirajlamaqla ört-basdır etməyə çalışır. Videoda İranın 2024-cü ilin aprelində Təl-Əvivi bombalaması göstərilmir. Bu xəbər saxtadır!

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar