SON XƏBƏRLƏR

Hizbullah İsrailin icma mərkəzinə hücum etdi

2024.04.17, 16:49
Hizbullah İsrailin icma mərkəzinə hücum etdi

Hizbullah “Ərəb əl-Aramşe” icma mərkəzinə hücuma görə məsuliyyəti öz üzərinə götürərək, hücumun İsrail ordusunun idarə olunan raketlər və partlayıcı yüklü dronlarla istifadə etdiyi binanı hədəf almaq istədiyini bildirib.

Gunaz.tv

Terror qruplaşması bildirir ki, hücum İsrailin dünən Livanın cənubuna endirdiyi zərbələr zamanı iki komandir də daxil olmaqla üç üzvünün öldürülməsinə cavabdır.

Hizbullahın pilotsuz uçan aparatı və İsrailin şimalındakı “Ərəb əl-Aramşe” icma mərkəzinə raket hücumundan sonra İsaril Silahlı Qüvvələri Hizbullahın məntəqələrini hədəf aldığını bildirib.

Hərbçilərin sözlərinə görə, qırıcı təyyarələr Livanın cənubundakı Ayta əş-Şabda Hizbullah əməliyyatçılarının toplandığı binaya da zərbələr endirib.

İsrail təcili yardım xidmətinin yaydığı məlumatda bildirir ki, İsrailin şimalında Hizbullahın pilotsuz uçan aparatının hücumu nəticəsində yaralananların sayı 13-ə çatıb. Onlardan dördünün vəziyyəti ağırdır. Bir nəfərin vəziyyəti orta ağırdır, qalan səkkiz nəfər isə yüngül xəsarət alıb.

 

 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar