SON XƏBƏRLƏR

Nalbandyan: Ankara münasibətlərin bərpası üçün Yerevan qarşısında heç bir şərt irəli sürməyib

2021.10.20, 07:36
Nalbandyan: Ankara münasibətlərin bərpası üçün Yerevan qarşısında heç bir şərt irəli sürməyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Erməni diosporunun nümayəndələri müzakirələr aparmaq üçün səfərə çıxan Ermənistan prezidenti Serj Sarkisiyanla görüşmək istəmədiklərini açıqlayıblar. Ermənistanla Türkiyə arasında imzalanacaq protokolların mətnini erməni tərəfi hazırlayıb. Məsələyə dair Ermənistan parlamentində keçirilən dinləmələrdə ölkənin xarici işlər naziri Edvard Nalbandyan belə deyib. Onun sözlərinə görə türk-erməni dioloqunun təşəbbüskarı da prezident Sarkisiyanın timsalında rəsmi Yerevan olub. Nalbandyan xüsusi vurğulayıb ki, Ankara münasibətlərin bərpası üçün Yerevan qarşısında heç bir şərt irəli sürməyib və protokolların imzalanması erməniləri məqsədlərindən uzaqlaşdırmayacaq. Nalbandyanın sözlərindən belə çıxır ki, Ermənistan hakimiyyəti Qars müqaviləsini tanımağa hazırlaşır. Bu isə onsuz da protokollara qarşı çıxan erməni diasporında etirazları artırır. Bəlkə də buna görə Ermənistan prezidenti Sarkisiyanın xaricdəki ermənilərlə görüşmək cəhdləri nəticəsiz qalıb. Lobbinin aparıcı nümayəndələrindən biri olan Aqoran Şhrtmyan əlindəki faktlara əsaslanaraq bildirib ki, dünya ermənilərinin 95 faizi protokolların əleyhinədir. O, hesab edir ki, Ermənistan hakimiyyəti məsələni son anda deyil, əvvəldən müzakirəyə çıxarmalı idi. Məsələ ilə bağlı Türkiyə hakimiyyətinə qarşı da etirazlar səngimək bilmir. Ölkənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyası baş nazir Rəcəb Tayyib Ərdoğanı Ermənistan siyasətini Amerikanın diqtəsiylə müəyyənləşdirməkdə günahlandırıb. Partiyadan bildirilib ki, Ərdoğan Bakıda işğal sona çatmadan sərhədlərin açılmayacağına dair söz versə də, son vaxtlar gedən proseslər bunun əksini göstərir. CHP-çilərin fikrincə, Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluyla görüşündə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərində atacağı addımları diqtə edib: «Onun ultimativ göstərişindən sonra baş nazir Ərdoğan artıq Bakıdakı kimi ağayana bəyanatlar verə bilmir» -CHP-dən verilən açıqlamada belə deyilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar