SON XƏBƏRLƏR

İran həbsxanalarında 5 məhkum edam edildi

2024.04.18, 13:46
İran həbsxanalarında 5 məhkum edam edildi

Son sutka ərzində Kərəc şəhərinin Qızılhisar, Tehran və Təbriz həbsxanalarında 5 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, edam edilənlər adam öldürmək və narkotik maddələrin qanunsuz alverində günahlandırılıblar.

Onların arasında Sadiq Tacik adlı qətldə ittiham olunan Əfqanistan vətəndaşı da var.

Qeyd edək ki,  2023-cü ildə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar