SON XƏBƏRLƏR

Tehranda tələbələrin etiraz aksiyasıları dəvam edir

2021.10.20, 07:36
Tehranda tələbələrin etiraz aksiyasıları dəvam edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azad İslam Universitetinin yüzlərlə tələbəsi builki prezident seçkisindən sonra aparılan repressiyalara etiraz bildiriblər. Bu etiraz aksiyası Sentyabrın 28-də Tehran Universitetində, sentyabrın 29-da isə Tehran Şərif Sənaye Universitetində keçirilən aksiyalardan sonraya təsadüf edir. Aksiya iştirakşıları “Diktatora ölüm”, “Yaşasın Musəvi, yaşasın Kərrubi”, “Çevriliş hökuməti - istefa, istefa”, “Saxtakarlıq 1 faiz, 2 faiz, 3 faiz, daha yox 63 faiz” və digər şüarlar səsləndirməklə müxalifət liderləri Mirhüseyn Musəvi ilə Mehdi Kərrubinin lehinə, İran prezidenti Mahmud Əhmədinejadın isə əleyhinə mövqe sərgiləyiblər. Tələbələr aksiyanı builki seçkidə hazırkı hökumətə qarşı birləşmiş müxalifətin simvolu kimi qəbul edilən yaşıl simvollarla universitetin həyətin hayata keçiriblər. ETTELAAT (İranın kəşfiyat nazirliyi) əməkdaşlarının aksiyanın baş tutmaması üçün cəhdləri isə nəticə verməyib və tələbələr öz şüarlarını və etirazlarını bildirə biliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar