SON XƏBƏRLƏR

Güney Azərbaycan İstiqlal Partiyasının B Ə Y A N A T I

2021.10.20, 07:36
 Güney Azərbaycan İstiqlal Partiyasının B Ə Y A N A T I

Gunaz.tv
Bu gün Güney Azərbaycan türkünün milli məfkurəyə tapınan demokratik mübarizəsi yeni mərhələ yaşamaqdadır. Güney Azərbaycan türkünün mubarizəsi millətimizin milli , siyasi, iqtisadi və mədəni tələblərinin gerçəkləşməsi çərçivəsində aparılır. Güney Azərbaycan türkünün mübarizəsi milli məfkurədən qaynaqlanan müstəqil siyasi və demokratik mubarizədir. Ancaq, mahiyyətcə milli hərəkata yad olan bəzi quvvələr milli hərəkatın doğru istiqamətdə inkişaf etməsinə qarşı çıxaraq təxribatçı fəaliyyətlərindən əl çəkmirlər. Güney Azərbaycan milli hərəkatına yonəlmiş təxribatlar əslində milli hərəkatın şəffaflaşmasını istəməyən qüvvələlər tərəfindən həyata keçirilir və onlar Güney Azərbaycan türkünün milli maraqlarını zərbə altina salmaq məqsədilə milli qüvvələr arasında parçalanma siyasəti aparmağa çalışırlar. Özünü Azərbaycanın milli sayti kimi təqdim edən, əslində milli hərəkata qarşı yalnız təxribatla məşğul olan “Baybek” saytı və bu saytın yaratdığı imkanlardan faydalanan bəzi qüvvələr son vaxtlarda tənqid adı altında Güney Azərbaycan Televiziyasına (GUNAZ TV) qarşı hücum kompaniyasına başlamışlar . Ancaq, unutmaq lazım deyil ki, Güney Azərbaycan milli hərəkatı öz milli iradəsini ortaya qoyan siyasi yetkinliyə sahib güc mərkəzi olaraq milli hərəkat daxilində parçalanma siyasəti aparan istənilən qüvvəni ifşa edərək belə bir təxribatların milli hərəkatda vüsət almasına icazə verməyəcək. Təəssüf ki, bu gün özünü Azərbaycan Qurtuluş Partiyası kimi tanıtdıran təşkilat da “Baybek” saytının milli hərəkata qarşı apardığı təxribatçı fəaliyyəti göz ardı edərək Güney Azərbaycan milli hərəkatında gedən mubarizənin zənginləşməsində danılmaz rolu olan GUNAZ TV-ə qarşı haqsız və yersiz ittihamlar səsləndirir və təhqiredici yazı ilə çıxış edir . Qəribədir ki, bu qurum GUNAZ TV-ə qarşı yönəlmiş təhqiredici yazısında Güney Azərbaycan Istiqlal Partiyasının da adını hallandırıb . Biz, Güney Azərbaycan Istiqlal Partiyası olaraq GUNAZ TV-ə qarşı yönəlmiş haqsız ittihamları pisləyirik . GAIP olaraq biz icazə verə bilmərik ki, hər hansı bir qüvvə GAIP adından sui-istifadə edərək öz təxribatlarına bəraət qazandırsın. Biz bir daha vurğulayırıq ki, Güney Azərbaycan Istiqlal Partiyası Azərbaycan türk millətinin gücünə arxalanaraq onun istiqlaliyyəti, ərazi bütövlüyünün bərpası və qorunması uğrunda öz mübarizəsini davam etdirir. Güney Azərbaycan İstiqlal Partiyası Güney Azərbaycan Milli Azadlıq Hərəkatının əsas hədəflərə doğru düzgün irəliləməsi, milli mübarizəmizin genişləndirilməsi istiqamətində hərəkət edən bütün milli qüvvələrə bir daha müraciət edir ki, milli qurum və təşkilatlarımız təxribatçı qüvvələrin milli hərəkat adından sui-istifadə cəhdlərinə icazə verməsinlər. Güney Azərbaycan İstiqlal Partiyası 02.10.2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar