SON XƏBƏRLƏR

Avstraliya İranın cavab hücumuna görə xəbərdarlıq etdi

2024.04.19, 12:15
Avstraliya İranın cavab hücumuna görə xəbərdarlıq etdi

Bu gün səhər saatlarında İsrailin İranın bir neçə əyalətində hərbi mərkəzlərə hava hücumu ilə bağlı xəbərlərin yayılmasından sonra Avstraliya hökuməti bölgədəki vətəndaşlarına xəbərdarlıq edib.

Gunaz.tv

Avstraliyanın Xarici İşlər Nazirliyinin X hesabında edilən xəbərdarlıqda bu ölkənin vətəndaşlarından İsraili tərk etmələri istənilib.

"Bütün bölgədə İsrailə və İsrailin maraqlarına qarşı hərbi cavab əməliyyatları və terror hücumları ehtimalı var və təhlükəsizlik vəziyyəti sürətlə pisləşə bilər. İsrail və Fələstin ərazilərində olan avstraliyalıları bölgəni tərk etməyə çağırırıq”,- nazirlik bildirib.

Bununla yanaşı bölgədə yaşayan avstraliyalılara hava məkanının bağlanması, uçuşların ləğvi və digər səyahətlərin dayandırılması ehtimalı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, yayılan məlumatlara görə, İsrail İsfahan, Təbriz və İranın mərkəzi bölgəsinə hava hücumu həyata keçirib.

İsfahanın şimal qərbində yerləşən hərbi aviabazanın hədəf allındığı, Təbrizin qərbində SEPAH kazarması yaxınlığında partlayışların baş verdiyi deyilir.

İranın bir sıra media orqanları hadisənin miqyasını kiçik göstərməyə çalışsalar da, məlumatı təsdiqləyiblər.

Bildirilib ki, qeyd olunan bölgələrə uçan "şübhəli obyektlərə" hava hücumundan müdafiə qüvvələri atəş açıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar