SON XƏBƏRLƏR

Bayden İsrail üçün 1 milyard dollarlıq yeni müqavilələri nəzərdən keçirir - İDDİA

2024.04.19, 16:37
Bayden İsrail üçün 1 milyard dollarlıq yeni müqavilələri nəzərdən keçirir - İDDİA

ABŞ rəsmiləri deyirlər ki, Bayden İsrail üçün 1 milyard dollarlıq yeni silah müqavilələrini nəzərdən keçirir.

Gunaz.tv

“Wall Street Journal”-ın ABŞ rəsmilərinə istinadən paylaşdığı məlumata əsasən, Bayden administrasiyası İsrail üçün tank sursatları, hərbi maşınlar və minaatanlar da daxil olmaqla 1 milyard dollardan çox yeni silah müqavilələrini nəzərdən keçirir.

Rəsmilər deyirlər ki, 700 milyon dollar 120 mm-lik tank sursatları üçün, 500 milyon dollar taktiki maşınlar üçün və 100 milyon dollardan az vəsait 120 mm-lik minaatan mərmiləri üçün nəzərdə tutulub.

Bu sövdələşmələr hələ nəzərdən keçirilir və reallaşması üçün Konqres tərəfindən təsdiqlənməlidir.

Hesabata görə, silahların çatdırılması aylar və ya illər çəkə bilər. Xəbərin ABŞ və ya İsrail tərəfindən rəsmi təsdiqi yoxdur.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar