SON XƏBƏRLƏR

İran vətəndaşı radikal dini fəaliyətlərinə görə Azərbaycandan deportasiya olundu

2021.10.20, 07:36
İran vətəndaşı radikal dini fəaliyətlərinə görə Azərbaycandan deportasiya olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsi APAya bildirib ki Azərbaycanda radikal dini təriqətlərin təbliği ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı ölkədən deportasiya edilib. rayonun Maştağa qəsəbəsində yerləşən məscidlərin birində radikal dini təriqətin təbliğatının aparılması və orada dini mövzuda çıxışlar edən əcnəbi dindarın peyda olması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat qrupu sözügedən məsciddə araşdırmağa başlayıb. Araşdırmalar nəticəsində məlub olub ki Maştağa qəsəbəsində yerləşən məsciddə radikal dini çıxışlar edən və xeyli sayda tələbəsi olan şəxsin İran İslam Respublikasının vətəndaşı, 1937-ci il təvəllüdlü Kazım Heydər oğlu Məhəmmədzadə olduğu müəyyənləşib. Onun radikal dini qruplaşmanın üzvü olduğu və ölkənin cənub bölgəsindən olan xeyli sayda gəncə Maştağa məscidində dərs verməsi ortalığa çıxıb. Və bunlada qanuni mərhələlərdən sonra İranlı radikal dindar ölkədən qovulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar