SON XƏBƏRLƏR

Riçard Ran Əhmədinejadı Hitlerə bənzətdi

2021.10.20, 07:36
Riçard Ran Əhmədinejadı Hitlerə bənzətdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ANSə istinadən yaydığı məlumata görə, Kato İnstitutunun elmi əməkdaşı, Qlobal İqtisadi İnkişaf İnstitutunun direktorlar şurasının sədri Riçard Ran apardığı tədqiqat nəticəsində Hazırkı dünya liderləri ilə 1939-cu il liderləri arasında ümumi cəhətlərin olduğu qənaətinə gəlib. O İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Hitlerə bənzədilib: hər ikisi rəqibinin zəif cəhətlərini öyrənmək və öz maraqları xatirinə ondan məharətlə istifadə etmək bacarığına malikdir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə Yaponiyanın hərbi və baş naziri Hideki Todzioya bənzədilib. “Ənənəvi sosialistlərdən fərqli olaraq Putin də Todzio kimi real mülkə sahib olmaqdansa, biznes üzərində nəzarətə xüsusi əhəmiyyət verir”, - deyə müəllifin hazırladığı sənəddə bildirilir. Maraqlıdır ki, Todzio qonşu dövlətlərə hücum edərkən öz problemləri ilə məşğul olan böyük dövlətlərin buna laqeyd yanaşacaqlarına ümid edirdi. Putin də analoji addımı Gürcüstana qarşı atıb. Riçard Ran apardığı tədqiqat nəticəsində Venesuelanın prezidenti Uqo Çaves isə Mussolinini xatırladır. Onların hər ikisi yalançı-despotlar kimi xarakterizə edilir. ABŞ-ın prezidenti Barak Obama isə Çemberlenə oxşadılıb. Müəllifin fikrincə, Obama Əfqanıstanla bağlı qərar qəbul etməkdə ləngiyir, İrana qarşı sərt şərtlərdən çəkinir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar