SON XƏBƏRLƏR

Qardaş türk ölkələri prezidentləri Naxçıvanda bir araya toplaşır

2021.10.20, 07:36
Qardaş türk ölkələri prezidentləri Naxçıvanda bir araya toplaşır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, qardaş türk ölkələrinin bu gün və sabah Naxçıvanda sammiti keçiriləcək. Bu əlamətdar Toplantıda prezident İlham Əliyev, onun türkiyəli həmkarı Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Kurmanbek Bakıyev iştirak edəcək. Türkmənistanı isə bu ölkənin prezidentinin köməkçisi Xıdır Saparliyevin təmsil edəcəyi gözlənilir. Tarixi önəm daşıyan toplantıda türk dövlətləri arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, eləcə də digər ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Tədbirin yekununda Türk Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə müqavilə imzalanacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar