SON XƏBƏRLƏR

Cenevrə görüşü və İran üçün son şans

2021.10.20, 07:36
Cenevrə görüşü və İran üçün son şans

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Cenevrədə keçirilən danışıqlar zamanı belə bir qərar qəbul olunub ki Əgər ilin sonuna dək rəsmi Tehran nüvə proqramı barədə şübhələri aradan qaldırmasa, BMT bu ölkəyə qarşı beynəlxalq sanksiyanı sərtləşdirəcək. Həmçinin tərəflər nüvə məsələsi barədə müzakirələri davam etdirməyi qarşılarına məqsəd qoyub. Bundan başqa İrana MAQATE müfəttişlərinin yeni nüvə zavoduna baxış keçirməsinə şərait yaratmaq üçün iki həftə vaxt verilib. Cenevrədə altılıq və İran nümayəndə heyətinin iştirakıyla keçən görüş bağlı qapılar arxasında baş tutub. Bu dəfə də Qərb İranı nüvə fəaliyyətindən çəkindirə bilməyib. Lakin Tehran bir sıra vədələr verib. Görüşdən sonra keçirilən mətbuat konfransında İranı danışıqlarda təmsil edən nümayəndə heyətinin başçısı Səid Cəlili deyib ki, ölkəsi nüvə silahının yayılmaması barədə öhdəliyi yerinə yetirəcək. Lakin bu dinc məqsədli nüvə enerjisindən əl çəkmək anlamı daşımır. Avropa İttifaqının xarici siyasət üzrə komissarı Xavier Solana qarşılıqlı dialoqun intensivləşdirilməsi və yaxın həftələrdə yenidən görüşməyin qərara alındığını bildirib. Cenevrə danışıqlarına münasibət bildirən Ağ Ev tərəfdaşlarını ilin sonunadək İranın nüvə məsələsini həll etməyə çağırıb. Əks halda daha sərt addımlar atılacaq. Keçrilən müzakirləri məhsuldar adlandıran Amerika prezidenti Barak Obama deyib ki, İran konkret qərarlar qəbul etmək məcburiyyətindədir. Onun fikrincə rəsmi Tehran bundan sonra da məsələnin həllinə müsbət yanaşmalıdır. Prezident Obama bunu da bildirib ki, Vaşinqton lazım gələrsə, İran üzərinə təzyiqlərini artıracaq. Cenevrə danışıqlarını konstruktiv qiymətləndirən İranın xarici işlər naziri Mənuçöhr Mottaki nüvə məsələsi barədə müzakirənin dünya liderləri sammitində müzakirə ediləcəyinə ümid etdiyini bildirib. O, İranın hər zaman bu cür danışıqlarda açıq şəkildə iştirak etməyə hazır olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar