SON XƏBƏRLƏR

Güney Azərbaycanlı şair həbs olub

2021.10.20, 07:36
Güney Azərbaycanlı şair həbs olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanlı şair və yazıçı cənab Məhbub Budaqi Zənganın “Zərrin adab” rayonunda ETTELAAT (İranın kəşfiyat nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb və saxlanıldıqdan sonra hazırda Təbriz həbsxanasında məhbus hayatı yaşamaqdadır. Cənab Budaqinin ailəsinə yaxın olan şəxslərin verdiyi məlumata görə, 1.5 ay öncə ETTELAAT əməkdaşları onun Zərrin abad rayonundakı mağazasına müraciət edib, onu tutuqlayaraq ettelaata aparıblar. Bununla belə məmurlar onun evinə gedərək evində yoxlama aparıb və şairin bir çox kitab və əlyazmalarını özləri ilə götürüblər. Məhbub Budaqi 10 gün Zəngan və Təbriz ettelaatı nəzarətində saxlanıdıqdan sonra Təbriz zindanına köçürülüb. Qeyd edək ki Budaqinin həbs olma xəbəri 1.5 ay sonra elan olunub. Bu müddətdə məhkəmə əməkdaşları tərəfindən Cənab Budaqinin ailəsinin onun haqqında olan suallarına cavab verilməyib. Həmçnin Budaqi bəyin bu müddətdə öz vəkili ilə görüşmə hüququ olmayıb və zindanda xəstələnən məhbusun müalicəsi ilə uğraşılmayıb. Cənab Budaqi Zənganın işraq ədəbi qurumnun və Zəngan bayram aylıq dərgisinin yaradıcı heyyətinin üzvüdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar