SON XƏBƏRLƏR

Parlamentdə Türkiyənin Azərbaycanla "Yol xəritəsi" imzalaması təklif olundu

2021.10.20, 07:36
Parlamentdə Türkiyənin Azərbaycanla "Yol xəritəsi" imzalaması təklif olundu

Gunaz.tv
Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə ilə Azərbaycan arasında "Yol xəritəsi" imzalanması təklif olundu. İclasda çıxış edən iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc dedi ki, bu sənəd rəsmi Ankaranın Ermənistanla diplomatik əlaqələrin qurulması ilə bağlı oktyabrın 10-da imzalanması gözlənilən protokoldan öncə imzalanmalıdır. Sənəddə Türkiyə Azərbaycanın maraqlarına xələl gətirə biləcək məsələlərlə bağlı öz üzərinə öhdəliklər götürməlidir. Z.Oruc əlavə etdi ki, Türkiyə Ermənistanla sərhəddi açarsa, bu addım regiondakı proseslərə ciddi təsir edəcəkdir. Ermənistan və Türkiyə arasında sərhəd 1993-cü ildən rəsmi Ankaranın təşəbbüsü ilə bağlıdır. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər sərhəddin açılmayacağını bəyan edir. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclis rəhbərliyinin Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi ilə bağlı narahat olduğunu dedi. O bildirdi ki, oktyabrın 10-da imzalanması gözlənilən Türkiyə və Ermənistan arasında münasibətləri tənzimləyəcək protokollarda Dağlıq Qarabağ məsələsinin kontekstdən ayrılmayacağına inanır. "Türkiyə rəsmilərinin bəyanatlarının səmimiliyi oktyabrın 10-da görünəcəkdir. Bir qədər vaxt var, görək nə olacaqdır? Biz inanırıq ki, Türkiyə Azərbaycanın mənafeyinə zidd olan addımlar atmayacaqdır" - deyə Z.Əsgərov vurğuladı. Ankara və İrəvan diplomatik münasibətlərin qurulması və ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan iki protokolu avqustun 31-də İsveçrənin vasitəçiliyi ilə razılaşdırıbdır. Protokollar imzalanandan sonra hər iki ölkənin parlamentində ratifikasiya olunmalıdır. Sənədlər son nəticədə Türkiyə ilə Ermənistan arasında sərhəddin açılmasını nəzərdə tutur. Bitərəf millət vəkili Aynur Quliyeva parlamentdə Qarabağla bağlı dinləmələrin keçirilməsi təklifini irəli sürdü. O xatırlatdı ki, deputatlar bu məsələni bir neçə dəfə qaldırıblar, lakin dinləmələr keçirilməyibdir. Quliyeva dedi ki, hazırda Türkiyə və Ermənistan arasında aparılan danışıqlar və seçicilərin tez-tez Dağlıq Qarabağ problemi ilə maraqlanması belə bir dinləmənin keçirilməsini zəruri edir. O, dinləmələrin qapalı keçməsini və xarici işlər naziri Elmar Məmmədyarovun deputatların suallarına cavab verməsi üçün Milli Məclisə dəvət olunmasını təklif etdi.AssA-İradə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar