SON XƏBƏRLƏR

Ayətullah Hüseynəli Müntəziri: ALLAH bir sıra şəxsləri hakimiyyətlə sınayır

2021.10.20, 07:36
Ayətullah Hüseynəli Müntəziri: ALLAH bir sıra şəxsləri hakimiyyətlə sınayır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı mılumata görə, İran hakimiyyətinə müxalif ayətullah Hüseynəli Müntəziri İslahatçı Qadınlar Birliyinin vətəndaşların repressiyalara məruz qalması ilə əlaqədar məktubuna cavab verib. İslahatçı Qadınlar Birliyinin Müntəziriyə yazdığı məktubda deyilirdi: “Ölkədə qadınların dini və əxlaqi təhlükəsizliyi təhdid olunur, hörmət və heysiyyəti təhqir edilir. Müsəlman qadınlar olaraq təhlükəsizliyimizin qorunmasına heç bir təminat yoxdur. Bilmirik, Allah eləməmiş, bir gün bu naməhrəmlərin cənginə düşsək, başımıza nələr gələcək. Biz öz cavan oğlan və qızlarımızın naməlum gələcəyindən də narahatıq”. ayətullah Müntəziri islahatçı qadınlara cavabında ölkə rəsmilərini xalqa qarşı repressiyaları dayandırmağa və keçmiş diktatorlardan dərs almağa çağırıb: “Bugünkü dünyada tutatutla, dəhşət, qorxu atmosferini hakim etməklə, polis rejimi ilə, zindanları azadlıq tələb edən demokratlarla doldurub hakimiyyət sürdürmək mümkün deyil. Mən İran İslam Respublikasının rəsmilərindən tələb edirəm ki, şah hökuməti, həmçinin zülmkar dünya diktatorlarının aqibətindən ibrət dərsi alsınlar”. Müntəziri Allahın bir sıra şəxsləri hakimiyyətlə sınadığını deyib: “Bir sıra şəxslər vəzifə və hakimiyyətlə sınanır. Bu sınaq həmin şəxslərin iddia etdikləri dəyərlərə əməldə nə qədər inandığını müəyyənləşdirmək üçündür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar