SON XƏBƏRLƏR

QAT-ın növbəti bəyanatı: cəhdlər, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılması ilə kifayətlənməsinə yönəlib

2021.10.20, 07:36
QAT-ın növbəti bəyanatı: cəhdlər, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılması ilə kifayətlənməsinə yönəlib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri ilə bağlı bəyanat verib. bəyanatda həmsədrlərin bölgəyə səfərinin Azərbaycan üçün əhəmiyyət kəsb etmədiyi qeyd olunur: “Həmsədrlərin fəaliyyəti birmənalı şəkildə Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlib. Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması cəhdləri də bu məqsədə xidmət edir. ABŞ, Rusiya və digər dövlətlər çalışırlar ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılması ilə kifayətlənsin”. Bəyanatda Azərbaycan hakimiyyəti hər hansı bir təslimçi sülhə imza atmamağa da çağırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar