SON XƏBƏRLƏR

Bu gün Cenevrədə “Altılıq” ölkələri ilə İran təmsilçiləri görüşəcək

2021.10.20, 07:36
Bu gün Cenevrədə “Altılıq” ölkələri ilə İran təmsilçiləri görüşəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Cenevrədə “Altılıq” ölkələri ilə İran təmsilçiləri görüşəcək. Danışıqlarda Iranın nüvə proqramı və bu ölkədə 2-ci uran zavodunun gizli tikintisi ətrafında fikir mübadiləsi aparılacaq. Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Almaniya və Fransanın xarici siyasət idarələri rəhbərlərinin müavinləri, eləcə də Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Havyer Solananın da iştirak edəcəyi görüşdə İranı bu olkənin Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Səid Cəlili təmsil edəcək. İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili deyib ki, Tehran danışıqlara xoş məramla gedir, bu həm sınaq, həm də şansdı. Xatırladaq ki Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirirlər. İran isə bu iddia ilə barışmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar